İlk “5G” noutbuk təqdim edilib May 27, 2019 | 05:15 / Texnoloji yeniliklər

Tayvanın paytaxtı Taybeydə keçirilən “Computex 2019” sərgisində “Lenovo” və “Qualcomm” şirkətləri dünyada beşinci nəsil şəbəkəsini (5G) dəstəkləyən ilk noutbuk təqdim ediblər.

ferra.ru saytının məlumatına görə, “Project Limitless” adlı noutbuk fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış “Snapdragon 8cx” platforması ilə işləyir. Sistem “Kryo 495” səkkiznüvəli əsas prosessor və “Adreno 680” qrafik nüvəsi ilə, noutbuk beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən modemlə təchiz edilib. Bu, 7 Qbit/s-dək pik sürəti, məlumatların qəbulu və ötürülməsi üçün isə 3 Qbit/s-dək sürəti təmin edir.

Sözügedən şirkətlər 2020-ci ilin əvvəlinədək “Project Limitless” noutbukunun istehsalını planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı