Azərbaycanda ilin əvvəlindən domen sayının xalis artımı 1929 olub Sentyabr 05, 2014 | 02:29 / Mühüm hadisələr

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22760 olub.

ICTnews elektron xəbər xidmətinin məlumatına əsasən, ilin əvvəlindən bu günədək 5607 domen qeydiyyatdan keçirilib, 3678-si isə ləğv edilib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1929 domen təşkil edib.

Hazırda Azərbaycanda 21207 .az, 957 .com.az, 178 .edu.az, 123 .org.az, 68 .net.az, 70 .co.az, 38 .int.az, 57 .info.az, 32 .pp.az, 17 .biz.az, 9  .name.az, 1 .mil.az, 1 .pro.az domeni istifadə olunur. Coğrafi adlardan ibarət 3 domen adı qeydə alınıb: gence.az, sheki.az, ganja.az.

Son üç ildə .az domen zonasında kəskin artım müşahidə olunur. 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə 4387, 2012-ci ildə 5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb. Bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı