Ən çox ələ keçirilən şifrələr məlum olub Aprel 26, 2019 | 04:50 / Maraqlı məlumatlar

Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri internetdə ən çox ələ keçirilən şifrələrdən ibarət siyahını tərtib ediblər. Tədqiqat zamanı ekspertlər 100 min şifrə haqqında informasiyadan ibarət məlumat bazasını təhlil ediblər. Hakerlər hesabların “sındırılması” üçün məhz bu şifrələrdən istifadə ediblər.

iz.ru saytının məlumatına görə, siyahıda birinci yeri dünyada 23,2 milyon qurbanın hesabında istifadə edilən “123456” şifrəsi tutub. Sonrakı yerlərdə “123456789” (7,7 milyon), “qwerty” (3,8 milyon), “password” (3,6 milyon) qərarlaşıb. Liderlər beşliyini 3,1 milyon qurban tərəfindən istifadə olunan “1111111” şifrəsi tamamlayıb.

Həmçinin ən çox müdaxilə edilən şifrələr iyirmiliyinə “12345678” (2,9 milyon), “abc” (123 milyon), “1234567” (2,5 milyon), “password1” (2,4 milyon), “12345” (2,3 milyon), “1234567890” (2,2 milyon), “123123” (2,2 milyon), “000000” (1,9 milyon), “iloveyou” (1,6 milyon), “1234” (1,3 milyon), “1q2w3e4r5t” (1,2 milyon), “Qwertyuiop” (1,1 milyon), “123” (1,02 milyon), “Monkey” (980 min), “Dragon” (968 min) daxildir.

Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri tərəfindən belə şifrələrdən istifadə etməmək, istifadə edildiyi halda isə dəyişmək tövsiyə edilir. Onlar, həmçinin parol qismində 3 təsadüfi sözdən, eləcə də müxtəlif registr, rəqəm və simvolları özündə birləşdirən mürəkkəb şifrələrdən istifadəni məsləhət görürlər. Bundan başqa, təhlükəsizliyi ikifaktorlu autentifikasiya vasitəsilə artırmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı