Axtarış-xilasetmə dronu itmiş insanları müstəqil tapacaq Aprel 22, 2019 | 10:36 / Maraqlı məlumatlar

İsveçrənin Rega Aviasiya Xilasetmə Xidmətinin mühəndisləri itmiş insanları müstəqil tapmaq imkanına malik olan pilotsuz təyyarə hazırlayıblar. Qurğu görünən termal, istilik və infraqırmızı kameralar, telefon izləmə sistemi, o cümlədən daxili sensorlar vasitəsilə təchiz edilib. Pilotsuz uçan aparat geniş sahəni skan edərək sıx meşədə və ya dağlarda itmiş insanları axtara bilir.

arms-expo.ru saytının məlumatına əsasən, xüsusi hazırlanmış alqoritmlər “Rega”da quraşdırılan müxtəlif kameralardan gələn məlumatları emal edərək xilasedicilər üçün maraq doğuran vəziyyətləri aşkar edir. Bundan sonra məlumatlar operatorlara ötürülür. Pilotsuz uçan aparat qeyri-sabit görüntü şəraitində də işləyə bilir.

“Rega” diametri 2 metrdən çox olan üçqatlı rotorla təchiz edilib. Cihazda müəyyən bir axtarış sahəsini metodik olaraq araşdırmaq üçün peyk naviqasiya üsullarından istifadə edilir. Onun 100 metrə qədər yüksəkliyə uçması mümkündür. Axtarış ötürücüləri elektrik naqilləri və digər uçuş aparatları ilə toqquşmaların qarşısının alınması sistemləri ilə əlaqəli işləyir.

Hazırda “Rega” sınaq mərhələsindədir. Cihazın 2020-ci ildə müstəqil axtarışlara başlayacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı