Süni intellekt “feyk xəbərlər” yazmağı öyrənib Fevral 20, 2019 | 02:34 / Maraqlı məlumatlar

“OpenAI” qeyri-kommersiya tədqiqat təşkilatı “feyk xəbərlər”in hazırlanması üçün “GPT2” adlı süni intellekt yaradıb. Neyron şəbəkəsi xəbərlərin hazırlanması keyfiyyəti üzrə mövcud mətn generatorlarını 12 dəfə üstələyir.

hightech.fm saytının məlumatına görə, “GPT2” süni intellekti 40 Gb tutumunda məlumat massivi üzərində öyrədilib – neyron şəbəkəsinə 10 milyon ingilisdilli məqalə və xəbər yüklənilib. Sistem verilmiş mövzu üzrə mətn hazırlamaq qabiliyyətinə malikdir və bir abzas üzrə mətnin stilistikasını tanıyır.
 
Bundan başqa, süni intellekt mətn generatorlarının ənənəvi səhvini (mövcud neyron şəbəkələri çox vaxt fokusu itirir) etmir. Məsələn, abzasın sonuna az qalmış alqoritm çox vaxt nədən söhbət getdiyini unudur.

“OpenAI” neyron şəbəkələrinin mənbə kodunu dərc etməyib. İstehsalçılar cinayətkarların ondan qeyri-qanuni hədəflər üçün istifadə edəcəyindən ehtiyat edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı