Neyron şəbəkə mövcud olmayan insanların şəkillərini yaradıb Fevral 18, 2019 | 12:00 / Texnoloji yeniliklər

Proqramçı əslində mövcud olmayan insanların sonsuz sayda fotoşəklini yaradan sayt istifadəyə verib.

Thispersondoesnotexist.com saytının müəllifi, proqramçı Filipp Vanq neyron şəbəkəyə çox sayda real insan şəkillərini yükləyib. Proqram portretlərdə saç, göz, dodaq, üzün forması kimi detalları müəyyən etmək imkanına malikdir.

hi-tech.mail.ru saytının məlumatına görə, sayt real şəkillərdən müxtəlif detalları təsadüfi sıra ilə kombinasiya edir və nəticədə real şəkillər meydana çıxır. Hətta real insanların 100 şəkli yükləndikdə sayt onları kombinasiya edərək bir-birindən fərqli minlərlə real həyatda mövcud olmayan insan şəkli yaradır.

Bu alqoritm yalnız insanların şəkilləri ilə deyil, qraffiti və digər təsvirlərlə də işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı