İnsan kimi rəsm çəkə biləcək ilk robot-rəssam yaradılıb Fevral 13, 2019 | 11:09 / Texnoloji yeniliklər

Britaniyanın “Engineered Arts” şirkəti Ai-Da adlı robot-rəssam hazırlayıb. Robot-humanoid süni intellekt sayəsində sifətin cizgilərini tanıyır və insanların rəsmini çəkir.

Müasir incəsənət üzrə ekspert Eyden Mellerin sözlərinə görə, Ai-Da insan kimi rəsm çəkə biləcək ilk robot-rəssamdır. O, hələ ki, karandaşın köməyilə eskizlər çəkir, lakin gələcəkdə boyalardan istifadə edərək rəsm əsəri yarada biləcək.

İstehsalçılar bildiriblər ki, robot “RoboThespian” kimi bədənə malik olacaq. O, fəal hərəkət edə, həmçinin danışa və suallara cavab verə biləcək.

robo-hunter.com saytının məlumatına əsasən, Ai-Danın hər iki gözünə kameralar quraşdırılıb ki, bu da robota kompüter görməsinin köməyilə sifətin cizgilərini tanımağa və emosiyaları canlandırmağa imkan verir. Bundan başqa, Ai-Da göz təması qura və insanın yerdəyişmələrini izləyə bilir. Robota çox yaxınlaşdıqda Ai-Da geri çəkilərək, gözlərini qırpmağa başlayır.

Ai-Danın başı “Engineered Arts” şirkətinin “Mesmer” adlı robotunun başına bənzər yaradılacaq. Robot-rəssam qara saçlı, qarışıq xarici görünüş tipinə malik olacaq, onun dişləri və diş əti 3D-printerdə çap ediləcək.

Ai-Da may ayında Oksford Universitetində öz sərgisini təqdim edəcək, onun eskizləri isə noyabrda Londonda nümayiş etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı