Mobil proqram istifadəçini zərərli qida məhsullarından uzaqlaşdırır Yanvar 16, 2019 | 10:40 / Texnoloji yeniliklər

Avstraliyanın Monaş Universiteti istehlak edilən qida məhsullarına nəzarət baxımından mobil proqramların effektivliyini sübut edib. Belə ki, proqramların həqiqətən insanın çəkisinə nəzarət məsələsində kömək edə və zərərli məhsullara meyli azalda biləcəyi məlum olub. Alimlər xüsusi olaraq hazırlanmış proqramı artıq çəkiyə malik olan 60 könüllünün iştirakı ilə sınaqdan keçiriblər. Bir həftə ərzində könüllülər qidanın təsvirini əks etdirən “Tilt Task” proqramından istifadə ediblər.

meddaily.ru saytının məlumatında bildirilir ki, istifadəçidən təsvirdən asılı olaraq, telefonun ekranını özünə və ya özündən uzağa əymək tələb olunub. O, ekranı özünə tərəf əydikdə şəkil böyüyüb. Bu, yalnız faydalı məhsulların təsvirləri olduqda baş verib. Zərərli məhsulların təsvirləri isə telefon istifadəçiyə yaxınlaşdırıldıqda dəyişilməyib.

Bu, istifadəçini faydalı məhsulları seçməyə məcbur edərək, onun beynini məşq etdirib. Könüllülər proqramdan istifadə etdikləri müddətdə həqiqətən zərərli məhsulları özlərindən uzaqlaşdırmağa başlayıblar. Onların itirdikləri çəki yeni yanaşmanın effektivliyini sübut edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı