Sosial şəbəkələrdə təhlükəli informasiyanın monitorinqi sistemi yaradılıb Dekabr 12, 2018 | 11:00 / Texnoloji yeniliklər

Sosial şəbəkələrdə uşaq və yeniyetmələrin davranışını yayındıran təhlükəli informasiyanın monitorinqi sistemi hazırlanıb.

Son illərdə tədris müəssisələrində yeniyetmələrin aqressiyasının artması Rusiyanın “Seuslab” şirkəti tərəfindən “Müqəddəs Georgi” adlandırılan yeni sistemin yaradılmasına zəmin yaradıb.

Layihənin rəhbəri Yevgeni Aşixmin qeyd edib ki, sosial mediada ictimai baxımdan təhlükəli hadisələr hesab olunan məktəblərə silahlı basqınlar, intihar oyunları, okkultizm axınları ilə mübarizə xüsusi aktuallıq kəsb edir.

belta.by saytının məlumatına əsasən, informasiya mühitinin məhz bu problemləri ilə mübarizə üçün yaradılmış sistem vasitəsilə uşaqların həyatınının daha təhlükəsiz olmasına nail olunacaq. Süni intellektə malik olan “Müqəddəs Georgi”nin hazırlamasında maşın təlimi metodları tətbiq edilib. Sistem eyni anda ekstremizm, terrorizm, intihara çağırış kimi bir neçə mövzu üzrə monitorinq apara bilir.

Monitorinq sisteminin hazırlanmasında ölkənin müxtəlif regionlarından olan mütəxəssislər, alimlər, həmçinin psixoloq və psixiatrlar iştirak ediblər. Yeni sistem sosial şəbəkələrdə vizual olaraq təhlükəli kontenti nümayiş etdirən xəbər lentini xatırladır. Lakin burada xəbərlər deyil, potensial təhlükəli kontent təqdim olunur. Sonra sistem dağıdıcı informasiya haqqında istifadəçiyə xəbərdarlıq göndərir, müəyyən dövr üçün hesabat formalaşdırır və onu gələcək qərarların qəbulu üçün psixoloqa ötürür. Sistem sosial şəbəkələrdə yalnız açıq səhifələrin monitorinqini həyata keçirir.

Sisteminin 2019-cu ilin yazında istifadəyə verilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı