Süni intellekt ölmüş insanlarla ünsiyyət qurmağa imkan verəcək Noyabr 28, 2018 | 11:07 / Texnoloji yeniliklər

Hindistan Texnologiya İnstitutunun tədqiqatçıları süni intellektdən vəfat edən insanlarla ünsiyyət üçün istifadə imkanını öyrəniblər.

naukatv.ru saytının məlumatında bildirilir ki, Hindistan mütəxəssisləri öz işlərində rus proqramçı Yevgeni Kuyd tərəfindən yaradılan “Replika AI” proqramından istifadə ediblər. Neyroşəbəkə insanın virtual oxşar həmsöhbətini yaratmaq üçün onun rəqəmsal dialoq və yazışma tarixçəsindən istifadə edir. Bu dəfə isə tədqiqatçılar Şriya Devadiqa və Bxakti Şetti “Replika AI” proqramını ölmüş insanların oxşarını canlandırmaq üçün tətbiq edərək rəqəmsal məlumatları, dost və qohumların hekayələrini birləşdiriblər.

Tədqiqatçıların sözlərinə görə, onlar rəqəmsal şüur və ya virtual ölümsüzlük anlayışını öyrənirlər. Bu, insan şəxsiyyətinin kompüterə yüklənilməsini nəzərdə tutan fərziyyəyə əsaslanan konsepsiyadır. Gələcəkdə layihə müəyyən insanlar kimi danışan avatar və ya robotların yaradılmasını təmin edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı