Bütün bədəni skan edən ilk qurğu yaradılıb Noyabr 21, 2018 | 11:54 / Texnoloji yeniliklər

Kaliforniya Universitetinin alimləri və Çinin “United Imaging Healthcare” texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir.

hightech.fm saytının məlumatında bildirilir ki, “EXPLORER” adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası. Lakin istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər iki texnologiyadan effektivdir.

Məsələn, 3D-skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki pozitron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. “EXPLORER” qurğusunda şüalanmanın dozası 40 dəfə azdır.

Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləyə bilir. “EXPLORER” noyabrın 24-də Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı