Qeyri-adi nanogenerator hazırlanıb Oktyabr 17, 2018 | 04:33 / Texnoloji yeniliklər

Çin alimləri tərəfindən hazırlanmış yeni nanogenerator insanın hərəkəti nəticəsində əldə olunan enerji ilə fərdi daşınabilən elektron qurğuları fasiləsiz təmin etmək qabiliyyətinə malikdir.

belta.by saytının məlumatına görə, bir qayda olaraq, daşınabilən elektron qurğular tez-tez enerji doldurulması və ya batareyanın dəyişdirilməsini tələb edir. Sözügedən qurğuların ekoloji və uzunmüddətli elektrik enerjisi ilə təmini, həmçinin onlar üçün elastik, rahat və yuyulmağa dayanıqlı enerji mənbələrinin yaradılması aktual məsələ olaraq qalır.

Çjençjou Universitetinin mütəxəssisləri hidrofob nanolifdən yuyulmağa davamlı daşınabilən nanogenerator yaradıblar. Geyimə bərkidilən qurğu insanın hərəkəti nəticəsində əldə edilən mexaniki enerjini elektrik enerjisinə çevirə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı