Qlobal innovasiya indeksinə İsveçrə liderlik edir İyul 23, 2014 | 11:10 / Texnoloji yeniliklər

Bu il Kornel Universiteti, INSEAD biznes məktəbi və Ümumdünya intellektual mülkiyyət təşkilatının dərc etdiyi qlobal innovasiya indeksinə (Qİİ) İsveçrə, Birləşmiş Krallıq və İsveç liderlik edir. 

cybersecurity.ru saytının məlumatına görə, dünyanın bütün regionlarından 143 ölkənin daxil olduğu Qİİ reytinqi innovativ imkanları əks etdirən 81 indikator üzrə tərtib olunub. 2007-ci ildən dərc edilən Qİİ dünyada innovativ prosesin vəziyyəti haqqında məlumatlı olmaq istəyən şirkət rəhbərləri, siyasəti işləyənlər və digər arzu edənlər üçün əsas nəzarət alətidir. 

Qİİ-2014-ə əsasən, artıq ardıcıl olaraq dörd ildir ki, siyahıya İsveçrə başçılıq edir. Birləşmiş Krallıq bir pillə irəliləyərək ikinci yeri, üçüncü yeri isə İsveç tutub. 

2014-cü il üçün ilk onluğa daxil olub: 

İsveçrə 
Birləşmiş Krallıq
İsveç
Finlyandiya 
Niderland
ABŞ 
Danimarka
Lüksemburq 
Honq-Konq (Çin) 

Adları sadalanan lider-ölkələr innovativ ekosistemlərin yaradılmasına görə seçilirlər. Qİİ üzrə 25 aparıcı ölkə əksər indikatorlar üzrə yüksək reytinqə malikdirlər. Bu ölkələr həmçinin innovativ infrastruktur (İKT daxil olmaqla), biznesin inkişaf səviyyəsi və innovasiya fəaliyyətinin nəticələri üzrə yüksək mövqeyə malikdirlər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı