Süni intellekt gözlərə görə insanın xarakterini “müəyyənləşdirəcək” Sentyabr 27, 2018 | 10:46 / Maraqlı məlumatlar

Maşın təlimi alqoritmləri göz hərəkətləri və şəxsiyyətin dörd xüsusiyyəti arasında əlaqəni nümayiş etdirir.

Cənubi Avstraliya və Almaniyanın Ştutqart Universitetinin birgə layihəsində “SensorMotoric Instruments” şirkətinin süni intellekt və video-oriyentirlərindən istifadə etməklə 42 iştirakçının göz hərəkətləri izlənilib.

onauke.info saytının məlumatına görə, tədqiqatçılar anketlərin köməyilə alınmış məlumatları yoxlayıblar. Süni intellekt insan şəxsiyyətinin “böyük beşliyi”ndən (təcrübəyə açıqlıq, vicdan, ekstraversiya, xeyirxahlıq, neyrotizm) dördünü müvəffəqiyyətlə müəyyənlişdirib: neyrotizm, ekstraversiya, xeyrixahlıq və vicdan.

Tədqiqata əsasən demək olar ki, göz hərəkətlərindən insanın şəxsiyyətini identifikasiya etmək üçün ilk dəfə istifadə olunub. Cənubi Avstraliyadan olan Tobias Lotçer adlı tədqiqatçının sözlərinə görə, əsas məqsəd gələcəkdə insan və maşın qarşılıqlı təsirini təkmilləşdirməkdir: “İnsanlar hər zaman xidmətlərin fərdiləşdirilməsi və inkişaf etdirilməsini istəyir, lakin bugünkü robot və kompüterlər cəmiyyəti kifayət qədər yaxşı “tanımır”, bu səbəbdən qeyri-verbal siqnallara uyğunlaşa bilmirlər. Bu tədqiqat insanların sosial siqnallarını daha yaxşı şərh etməyə imkan verən robot və kompüterlərin hazırlanmasına geniş imkanlar açacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı