Yaponiyada kosmik lift konsepti sınaqdan keçiriləcək Sentyabr 10, 2018 | 04:21 / Maraqlı məlumatlar

Yaponiyanın “Obayashi” şirkəti bir neçə il öncə, cari yüzilliyin ortasında 36 000 kilometr hündürlüyə yük daşıyan lift hazırlayacağını elan etmişdi.

popmech.ru saytının məlumatına görə, bu yaxınlarda məlum olub ki, yapon alimləri kosmik liftin konseptini sınaqdan keçirmək niyyətindədirlər. Söhbət hələ ki, miniatür modeldən gedir. Sentyabrın 11-də iki mikropeyk buraxılacaq. Mikropeyklər motorla təchiz edilən konteynerin (bir növ lift) hərəkət edəcəyi 10 metrlik polad kabel ilə bağlanacaq, peyklərdə qurulmuş kameralar isə prosesi izləyəcək.

“Gələcəkdə kosmik səyahətlər populyarlıq qazana bilər”, – bu sınaqları həyata keçirən tədqiqat qrupunun rəhbəri Yoci İsikava qeyd edib. Əlbəttə, hələ ki, konsept ilkin mərhələsindədir: nə vaxtsa Yer kürəsini orbitdəki stansiya ilə birləşdirən kosmik lifti reallaşdırmaq üçün alimlər çox sayda amili nəzərə almalı və bir çox problemlərin (məsələn, kabelin meteoritlərin mümkün zədələrindən qorunması üsulunun tapılması) həllini tapmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı