AMEA İnformasiya Texnologiyaları İnstitutunda ADNA tələbələri ilə görüş keçirildi İyul 17, 2014 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Neft Akademiyasında “Kompüter elmləri” ixtisası üzrə təhsil alan və hazırda institutda istehsalat təcrübəsi keçən üçüncü kurs tələbələri ilə görüş keçirdi.

Ölkə rəhbərliyi tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğıdan danışan akademik R.Əliquliyev informasiya texnologiyaları sahəsində ali təhsil alan tələbələr üçün institutda yaradılmış imkanlar haqqında məlumat verdi. 

İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığının həyata keçirildiyini, bu sahədə tədqiqat aparan gənclərə ehtiyac olduğunu diqqətə çatdıran alim tələbələri əmək fəaliyyətlərinə AMEA İTİ-də başlamağa tövsiyə etdi.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı