Sərt disk məlumat daşıyıcılarında şifrələmə texnologiyalarının imkanları müzakirə olundu May 30, 2018 | 03:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Sərt disk məlumat daşıyıcılarında şifrələmə texnologiyaları” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən institutun elmi işçisi Kamran Cəfərzadə sərt diskləri tam şifrələməklə məlumatların qorunmasına imkan verən “BitLocker” texnologiyası haqqında məlumat verdi. Bildirdi ki, “Microsoft” əməliyyat sisteminin bir hissəsi olan bu texnologiya itmiş, oğurlanmış və nəzarətsiz kompüterlərdəki vacib məlumatları qoruyur.

O, “BitLocker”in dəstəklədiyi şifrələmə alqoritmləri və şifrələmə üsullarını diqqətə çatdırdı.

K.Cəfərzadə əlavə təhlükəsizlik xüsusiyyətlərini dəstəkləmək üçün bir çox kompüterlərdə istifadə olunan xüsusi mikrosxem – TPM (Trusted Platform Module) barədə məlumat verərək bildirdi ki, bu günədək TPM çipi ilə 500 milyondan çox kompüter təchiz olunmuşdur.

Məruzəçi “BitLocker”in əsas üstünlüklərindən söz açaraq bildirdi ki, bu texnologiya yüksək etibarlılıq dərəcəsi, AES alqoritminə əsaslanması, proqramın əldə olunması üçün əlavə ödənişin tələb olunmaması, yüksək məhsuldarlıq, aparat müdafiə vasitəsindən (TPM çipi) istifadə imkanı və s. xüsusiyyətlərə malikdir.

O, həmçinin “TrueCrypt”, “VeraCrypt”, “CipherShed”, “Symantec Endpoint Encryption” şifrələmə proqramlarının imkanlarını da diqqətə çatdırdı.

K.Cəfərzadənin sözlərinə görə, “Windows 10” sistemində “BitLocker” şifrəli mətni manipulyasiya edən, şifrələmə hücumlarına qarşı əlavə qoruma təmin edən “XTS-AES” şifrələmə alqoritmini dəstəkləyir. Qeyd etdi ki, daxili diskləri şifrələmək üçün istifadə olunan “BitLocker”dən fərqli olaraq “BitLocker To Go” xarici disklərin şifrələnməsi üçün (məsələn, xarici sərt disklər və USB fləş yaddaş) nəzərdə tutulub.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı