AzScienceNet-in GEANT şəbəkə infrastrukturuna inteqrasiyası ilə bağlı məruzə dinlənilib Aprel 26, 2018 | 06:00 / Konfranslar, iclaslar

Aprelin 26-da AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib. İclasda bölmənin büro üzvləri, BTEB-in tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, bölmə üzrə AMEA-nın professorları və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şəbəkə infrastrukturunun modernləşdirilməsi məsələsinə baxılıb. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdimatla çıxış edərək Akademiya üzrə e-elmin formalaşması istiqamətləri, AzScienceNet şəbəkəsinin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası haqqında məlumat verib, Genetik Ehtiyatlar İnstitutunda e-elmin vəziyyətindən, şəbəkə infrastrukturunun modernləşdirilməsindən, imkanlar və perspektivlərdən danışıb.

Tədbirdə, həmçinin BTEB-in elmi müəssisələrində 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul planı, bölmənin 2013-2017-ci illər üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı