İnstitut alimləri beynəlxalq əməkdaşlıq çərçivəsində çap olunan kitabın həmmüəllifləridir Aprel 17, 2018 | 03:00 / Mühüm hadisələr

Dünyanın nüfuzlu nəşriyyatlarından olan “IGI Global” nəşriyyat evində İspaniyanın Qranada Universitetinin alimləri Laura Alcaide-Munoz və Francisco Jose Alcaraz-Quilesin müəllifi olduqları “Sosial Media vasitəsilə e-iştirak təşəbbüslərinin optimallaşdırılması” (Optimizing E-Participation Initiatives Through Social Media) adlı kitab çap olunmuşdur.

Kitabda qeyd olunur ki, sosial media vasitəsilə e-iştirak təşəbbüslərinin optimallaşdırılması vətəndaşların siyasi proseslərdə fəal iştirakını təşviq etmək üçün onlayn veb texnologiyalarının rolu haqqında araşdırmaları ehtiva edir. Nəşrdə onlayn əməliyyatlar, elektron iştirak və elektron səsvermə kimi mövzulara xüsusi yer ayrılaraq hökumətlər tərəfindən Veb 2.0 texnologiyasından istifadə olunmaqla daha sərfəli, və şəffaf dövlət sektoru idarəetmə modellərinin yaradılması məsələləri tədqiq olunur. Bu kitab dövlətin siyasəti ilə əlaqədar qərarların qəbulunda onlayn iştirak məsələləri ilə bağlı tədqiqatlar aparan alim və tədqiqatçılar üçün əhəmiyyətli mənbədir.

Kitabın “Elektron dövlətdə sosial medianın rolu və təsiri” (The Role and Impact of Social Media in E-Government) adlı II fəslinin həmmüəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

Bu fəsildə sosial mediadan istifadə edən hökümət orqanlarının vətəndaşlarla qarşılıqlı əlaqə qurmaq üçün razılaşdırılmış uzunmüddətli məqsədinin mövcudluğu, e-dövlətlə vətəndaş arasındakı əks əlaqənin qurulmasında sosial şəbəkələrin rolu, e-dövlətdə sosial mediadan istifadə və idarəetmə mexanizmlərinin transformasiyası kimi məsələlərə baxılmışdır.

Qeyd edək ki, bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihə (Qrant № EİF-KETPL-2-2015-1(25)-56/05/1) çərçivəsində yerinə yetirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı