"Buludların dinamik federallaşması üçün müştərək risk qiymətləndirilməsi üsulunun işlənməsi" mövzusunda müzakirələr aparıldı İyun 23, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında "Buludların dinamik federallaşması üçün müştərək risk qiymətləndirilməsi üsulunun işlənməsi" mövzusu ilə bağlı müzakirələr aparıldı. 

İnstitutun elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva öncə federallaşma anlayışı barədə məlumat verdi. Bildirdi ki, qədim Roma dövrünə aid olan bu söz "müqavilə əsasında birləşmiş tayfa” və ya “ittifaq” mənasını verir. Dövlətlərin federallaşması (federation of states), buludların federallaşması (cloud federation), identifikasiyaların federallaşması (Identity federation) federallaşma termininin digər nüfuz dairələridir. 

Qeyd etdi ki, bulud texnologiyalarının əsas prinsiplərinə federallaşma, avtonomluq, izolyasiya, elastiklik, biznes məqsədlilik və s. daxildir. İnformasiya təhlükəsizliyi problemləri, informasiyanın gizlilik və interoperabellik problemləri identifikasiyaların federallaşmasının mövcud problemlərindəndir. 

Məruzəçi, həmçinin analitik iyerarxiyalar prosesi metodu, mamdani tipli qeyri-səlis məntiqi çıxarış alqoritmi və təklif edilən metodun eksperimental tədqiqinə dair məlumatları diqqətə çatdırdı. Buludların risk qiymətləndirilməsi üçün Simulink modeli seminar iştirakçılarına təqdim etdi. 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı