Mobil telefonların hava vasitəsilə enerji ilə yüklənməsi üsulu tapılıb Fevral 20, 2018 | 02:00 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun (ABŞ) mühəndisləri atmosferdən elektrik istehsal etmək imkanına malik qurğu hazırlayıblar.

Bu qurğu ətraf mühitin temperaturunun gündəlik “oynamaları” əsasında işləyir. Əgər gündüz və gecə temperatur fərqi 10 dərəcə Selsi təşkil edərsə, bu zaman o, 1,3 mVt enerji və 350 mV potensial istehsal edir. Bu enerji sadə tənzimləyicilər və əlaqə vasitələrinin işlərini təmin etmək üçün kifayət edir.

Qurğu qrafen qatıyla örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanmışdır. Cihazın bir tərəfi istini ayırır, digər tərəfi isə onu toplayır. Temperaturların bu kimi tərəddüdləri elektrik enerjisi istehsal etməyə imkan verir. Alimlər bildirirlər ki, bu istilik rezonatoru ən yüksək istilik ətalətinə malikdir.

mir24.tv saytının məlumatına görə, yaxın zamanlarda alimlər mobil qurğuları, həmçinin smartfonları enerji ilə yükləmək imkanını təmin etmək üçün cihazın gücünün artırılmasına yönəldilmiş tədqiqatlar aparmaq niyyətindədirlər. Mütəxəssislər əmindirlər ki, gələcəkdə istilik rezonatoru kənar regionları elektrikləşdirməyə kömək edəcək.

Qeyd edək ki, ötən ilin payızında “Enerji” raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə yüklənməsi üzrə sınaqlar keçirib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı