“Şəbəkə texnologiyaları” kitabı işıq üzü görüb Yanvar 23, 2018 | 01:00 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin “Şəbəkə texnologiyaları” adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabda kompüter şəbəkələrinin əsas anlayışları, açıq sistemlərin qarşılıqlı əlaqə modeli, standart şəbəkə protokolları stekləri, şəbəkə əlaqə kanallarına giriş metodları, şəbəkə ünvanlama, şəbəkə marşrutlama haqqında ətraflı məlumat verilir. Həmçinin lokal, qlobal, naqilsiz, SDN (Software-defined networking), multiservis, intellektual, virtual xüsusi şəbəkələrə, İnternet, multiagent və şəbəkə təhlükəsizliyi texnologiyalarına baxılır.

Kitab kompüter mühəndisliyi sahəsində bakalavr və magistrlərin hazırlanması üçün istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı