İnstitutun şöbə müdiri beynəlxalq tədbirdə iştirak edib Dekabr 01, 2017 | 10:00 / Konfranslar, iclaslar

Noyabrın 30-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının ali təhsil sektoru üzrə missiyası ilə birlikdə “Ali təhsilin innovasiyada rolu” mövzusunda seminar keçirilib. Seminara dövlət qurumları, universitet və tədqiqat müəssisələrinin nümayəndələri qatılıb. Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iştirak edib.

Tədbiri giriş nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açaraq innovasiyayönümlü inkişafın Strateji Yol xəritələrində xüsusi qeyd edildiyini bildirib: “Əsas məqsəd elm-təhsil-biznes ekosistemi və əmək resurslarının qlobal və yerli trendlərə uyğun inkişafıdır. Azərbaycanda innovativ sahibkarlığın inkişafı məhz qlobal bazarların tələbinə uyğun qurulmalıdır”. O, həmçinin qeyd edib ki, ölkədə innovasiya siyasətində dünya təcrübəsinə uyğun institusional koordinasiya mümkündür.

Seminar bir neçə istiqamət üzrə aparılıb. Elmi tədqiqatların maliyyələşdirilməsi üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi ilə bağlı müzakirələrdə tədqiqatın mövcud vəziyyəti, maliyyələşdirilməsinə dair təqdimat iştirakçıların böyük marağına səbəb olub. Bu istiqamətdə davam edən islahatlar, əsas problemlər və imkanlardan danışılıb. Tədbirdə, həmçinin Azərbaycanda texnologiyaların ötürülməsi üçün əlverişli mühit üzrə qlobal tendensiyalar mövzusu müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda intellektual mülkiyyət sisteminin tətbiqi, kommersializasiya üçün təşviqedici amillər, özəl sektor ilə əlaqələrin yaradılması bu sahənin inkişafı üçün vacib amillərdir.

Dünya Bankının nümayəndəsi İvona Borovikin bacarıqların inkişaf etdirilməsi, sahibkarlığın təşviqi və innovasiya sisteminin idarə olunması haqqında məlumat verib.

Seminarın “İnnovativ inkişaf: Azərbaycan perspektivi” bölməsində AMEA-nın Yüksək Texnologiyalar Parkının nümayəndəsi Vüsal Süleymanlı “Ali təhsilin innovasiyada rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Anar Rzayev “Ali təhsildə tədqiqat və innovasiyaların təşviqi”, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov “Startapların uğur ehtimalının artırılması üçün Barama təcrübəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda aparılan müzakirələrdə Azərbaycanda bazar üzrə müvafiq bacarıqların inkişaf etdirilməsi tədbirləri, ən yüksək bacarıq çatışmazlıqlarının mövcud olduğu sahələr, sahibkarlığı təşviq edən mövcud mexanizmlər, onların səmərəliliyi və fəaliyyət sahələri diqqət mərkəzində olub. İnstitutun şöbə müdiri dosent Əlövsət Əliyev müzakirələrdə iştirak edərək müvafiq təkliflərlə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı