İnstitut alimlərinin məqaləsi IEEE-nin beynəlxalq konfransında dərc olunub Noyabr 30, 2017 | 03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduğu “Mobile clouds computing: current state, architecture and problems” (Mobil hesablama buludları: mövcud vəziyyəti, arxitekturası və problemləri) adlı məqalə 22-24 fevral 2017-ci il tarixdə Hindistanda keçirilən IEEE-nin Elektrik, Kompüter və Kommunikasiya Texnologiyaları üzrə II beynəlxalq konfransında (2nd IEEE International Conference on Electrical, Computer and Communication Technologies – İCECCT) çap olunub.

Məqalədə mobil hesablama buludları texnologiyalarının arxitekturası və tətbiq sahələri araşdırılmış və analiz edilmişdir. Bu texnologiyanın üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil edilmişdir. Eyni zamanda, bu texnologiyadan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan tələbatının təmin edilməsi məsələləri tədqiq edilmişdir.

DOI: 10.1109/ICECCT.2017.8117874

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı