İnsan toxumalarının kütləvi istehsalı üçün 3D-bioprinter hazırlanıb Noyabr 30, 2017 | 09:24 / Texnoloji yeniliklər

Çin alimləri insan toxumalarını çap edə bilən 3D-bioprinter hazırlayıblar. Yeni qurğunun köməyilə dəri, qığırdaq və qaraciyər toxumalarının kütləvi istehsalına başlanması planlaşdırılır.

“Tibbi materialların kütləvi istehsalı, yüksək keyfiyyət və çap edilmiş məhsulun təhlükəsizliyi 3D-bioçap texnologiyasının kliniki tətbiqi üçün tələb olunan əsas şərtlərdəndir”, – deyə qurğunun hazırlandığı “Regenovo” şirkətinin idarə heyətinin sədri Syu Minyen bildirib.

Müasir dövrdə toxumaların üçölçülü çapı texnologiyası geniş yayılmayıb. Bazarda olan bioprinterlər böyük ölçülüdür, asta işləyir və bir qayda olaraq, toxumaların hər hansı bir növünü çap edə bilir. Bundan başqa, onlar hələ ki, bütün standartlara cavab verən keyfiyyətli məhsul istehsal edə bilmirlər.

nanonewsnet.ru saytının məlumatına görə, 1,6×1,0×1,9 m ölçülərə malik olan qurğu müəyyən müddət ərzində biomateriallardan müxtəlif toxumaları yüksək keyfiyyətlə və daha tez hazırlamağa imkan verən ucluqlarla təchiz edilib. Bioprinter müxtəlif temperaturu dəstəkləyə bilir. İstehsal edilən hüceyrələrin keyfiyyətinə printerin daxilində quraşdırılmış xüsusi skaner nəzarət edir. Hazırda qurğu kliniki sınaqlardan keçirilir. Bu səbəbdən onun köməyilə çap edilmiş orqanlar dərhal kliniki tətbiqə hazır olmayacaq. Buna baxmayaraq, bioprinterin tezliklə birbaşa təyinat üzrə tətbiq edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı