Yeni sistem istənilən avtomobili pilotsuz idarə etməyə imkan verəcək Noyabr 24, 2017 | 03:00 / Maraqlı məlumatlar

Startap istənilən maşına avtopilot funksiyasını əlavə edən qurğular dəstini təqdim edib.

Artıq avtomobili avtonom sürmə texnologiyalarının üstünlüklərini sınaqdan keçirmək üçün müasir və bahalı avtomobillər axtarmaq lazım deyil. Torontonun (Kanada) “X-Matik” startapı istənilən avtomobili pilotsuz sürmə funksiyası ilə təchiz etməyə imkan verən “LaneCruise” sistemini təqdim edib.

Qurğu bir neçə əsas hissədən ibarətdir: “Brainbox” mərkəzi prosessoru, ön kamera və istifadəçinin sensorlu interfeysi, həmçinin sükan çarxı üçün ötürücülər, tormoz və qaz pedalı üçün qurğular.

naked-science.ru saytının məlumatına görə, “LaneCruise” nəqliyyat vasitəsinin ətrafındakı obyektlərin aşkar edilməsi üçün irəliyə baxan və arxa görüntü güzgüsünün altında quraşdırılmış kameralardan istifadə edir. Sistemin “beyni” və ya Brainbox sürücünün oturacağının altında quraşdırılmışdır. O, kameralardan gələn informasiyanı emal edir. Sonra “Brainbox” qərar qəbul edərək sükan çarxı üçün ötürücülər və pedal qurğularına idarəedici siqnallar göndərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı