“İnstitutda aparılan tədqiqatlar Dünya Elm Forumunun çağırışlarına cavab verir” Noyabr 15, 2017 | 04:05 / Müsahibələr, çıxışlar

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında İordaniyada keçirilmiş “Dünya Elm Forumu” haqqında çıxış edərkən səsləndirib.

Alim Yaxın Şərqin ən böyük elm toplantısı hesab edilən bu Forumun əhəmiyyətini önə çəkərək, tədbirin həm elmi, həm də texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bildirib ki, müxtəlif ölkələrdən  3000-ə yaxın alim və mütəxəssisin toplaşdığı Forumda dünya elminin prioritetləri və çağırışları, elm və texnikanın inkişafındakı yeni amillərə dair müzakirələr aparılıb. Akademik rəhbərlik etdiyi qurumda aparılan tədqiqatların Dünya Elm Forumunun çağırışlarına cavab verdiyini vurğulayıb.

R.Əliquliyevin sözlərinə görə, dünya alimləri Forumda rəqəmsal dəyişikliklər, IV sənaye inqilabı, Big data, Əşyaların İnterneti, rəqəmsal iqtisadiyyat və digər mövzularda geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, akademik R.Əliquliyev 7-10 noyabr tarixlərində İordaniyada keçirilmiş Dünya Elm Forumunda AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı