İnsanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında effektivliyin artırılması üçün alqoritm işlənilib Noyabr 06, 2017 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin 2017-ci il üçün illik hesabatı müzakirə olundu. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edərək şöbədə biometrik texnologiyalar, proqram mühəndisliyi və informasiya təhlükəsizliyinin təmin olunmasının müxtəlif problemləri üzrə elmi tədqiqatların aparıldığını diqqətə çatdırdı.

T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında effektivliyin artırılması üçün yeni alqoritmin, biometrik şəbəkə mühitində insanın tanınmasının keyfiyyətinin artırılması üçün modelin işləndiyini bildirdi. Qeyd etdi ki, bu istiqamətdə “İnsanın əl damar izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusu üzrə metod işlənilmiş, xüsusi cihazın vasitəsilə əl damarların skelet şəklinin alınması üçün proqram təminatı hazırlanmışdır. Həmçinin “Kəllə sümüklərinin təsvirləri əsasında insanın tanınması üçün alqoritmlərin işlənilməsi” mövzusu üzrə araşdırmalar aparılmışdır.

Proqram mühəndisliyinin nəzəri əsasları üzrə aparılan tədqiqatlardan danışan məruzəçi proqram məhsullarının etibarlılığının yüksəldilməsi məqsədilə modelin işlənilməsi üzrə tədqiqatların davam etdirildiyini, proqram mühəndisliyi sahəsində olan standartların və proqram məhsullarının verifikasiya metodlarının təsnifatının araşdırıldığını nəzərə çatdırdı.  

T.Kazımov, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemləri üzrə aparılmış tədqiqatlardan söz açdı. Bu istiqamətdə “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə sanitarizasiya metodlarının müasir vəziyyəti, elmi-nəzəri problemləri və inkişaf perspektivlərinin araşdırıldığını söylədi. O, uşaq və yeniyetmələrin İnternet asılılığının fərdi-psixoloji aspektlərinin tədqiqi və psixometrik analizi istiqamətində aparılmış elmi tədqiqatları təqdim etdi. Bu istiqamətdə Kimberli Yanqın İnternet asılılığı müəyyən edən testlərindən istifadə edərək iki qrup tələbələr arasında eksperimentlərin aparıldığını vurğuladı.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bu istiqamətdə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransının keçirildiyini, bir sıra məqalə, konfrans materialı və icmallara rəy verildiyini, əməkdaşların elmi əsərlərinin Vikipediyaya daxil edildiyini diqqətə çatdırdı. 

O, həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim proqram mühəndisliyi sahəsində aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı