Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova institutun Fəxri Fərmanı ilə təltif olunub Oktyabr 16, 2017 | 04:47 / Yubileylər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova anadan olmasının 50 illiyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub. Fərmanı yubilyara təqdim edən institutun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev R.Mahmudovanı rəhbərlik etdiyi kollektiv adından təbrik edib. Onun institutun elmi-ictimai həyatında fəal iştirak etdiyini, hər bir işində yüksək peşəkarlıq göstərdiyini və əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu söyləyib, yubliyara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, R.Mahmudova 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmiş və həmin ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. O, 1990-2003-cü illərdə mühəndis, proqramçı mühəndis, aparıcı proqramçı, elmi işçi vəzifələrində çalışmışdır. Həmin illərdə müxtəlif təyinatlı informasiya sistemlərinin layihələndirilməsi və proqram təminatının yaradılması işləri ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. 

AR Təhsil Nazirliyi nəzdində yaradılmış “Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası”nın üzvüdür.

Hazırda Tədris-İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışır.  

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı