İnstitut əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub Oktyabr 09, 2017 | 12:19 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacirəhimova və böyük elmi işçi Aybəniz Əliyevanın həmmüəllif olduqları “About Big Data Measurement Methodologies and Indicators” (Big Data-nın ölçülməsi metodologiyaları və indikatorları haqqında) adlı məqalə “International Journal of Modern Education and Computer Science (IJMECS) beynəlxalq  jurnalında çap olunub.

Məqalədə Big Data-nın təyinində əsas rol oynayan yanaşmalar – atributiv (IDC, IBM, Gartner, Microsoft tədqiqatçıları), müqayisəli (McKinsey) və  arxitekturial  (ABŞ Milli Standartlar və Texnologiya İnstitutu) yanaşmalar nəzərdən keçirilmişdir. Big Data-nın ölçülməsi ilə bağlı təklif olunmuş metodoloji yanaşmalar və indikatorlar tədqiq olunmuşdur.  İnformasiyanın həcminin ölçülməsi sahəsində Kaliforniya universitetinin tədqiqatçıları Martin Hilbert və Priscila Lópezin, San Dieqo Kaliforniya universitetinin tədqiqatçıları Roger E. Bohn, James E. Short-un, İDC, Cisco və McKinsey beynəlxalq təşkilatlarının metodoloji yanaşmaları araşdırılmışdır. Big Data ekosisteminin, verilənlər bazarının, keyfiyyətinin və sosial faktorların  ölçülməsi indikatorları, həmçinin informasiya cəmiyyətinin ölçülməsi üçün Big Data indikatorları tədqiq olunmuşdur. Məqalədə Big Data-nın artması və inkişafına təsir edən faktorların ölçülməsi üçün indikatorlar təklif olunmuşdur. 

Qeyd edək ki, jurnal “Google Scholar”, “CrossRef”, DOAJ, “IndexCopernicus”, “INSPEC”, “EBSCO”, “Ulrich”, “WordCat, Scirus”, “Academic Journals Database”, “Stanford University Libraries”, “Harvard Library” və s. kimi beynəlxalq bazalarda indeksləşmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı