“Microsoft” nitqin tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb Avqust 23, 2017 | 02:00 / Maraqlı məlumatlar

“Microsoft” şirkəti nitqin tanınması sisteminin işindəki səhvləri 5,1 faizədək azaldaraq yeni rekorda imza atıb. Bundan öncəki göstərici 5,9 faizə bərabər idi.

Yeni texnologiya nitqi peşəkar transkribatorlar (audio və video materialları mətnə tərcümə edən şəxslər) kimi tanıyır. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu, naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.

therunet.com saytının məlumatına görə, ötən illə müqayisədə, nitqin tanınması sisteminin işində dəqiqlik 12 faiz yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. Hazırda sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir.

Qeyd edək ki, “Microsoft”un nitqin tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı