Mobil proqram müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyatını dəyişəcək Avqust 18, 2017 | 05:00 / Texnoloji yeniliklər

ABŞ-ın Dartmut Kollecinin əməkdaşları yaşlı insanlara psixi pozğunluq və digər xroniki xəstəliklərin gedişatına müstəqil nəzarət etməyə kömək edən yeni proqram yaradıblar.

meddaily.ru saytının məlumatına görə, müəyyən vaxt ərzində (təxminən üç ay) xəstələr stresə dayanıqlıq, müalicəyə sadiqlik və psixoaktiv maddələrdən istifadə kimi mövzulara dair konsultasiyalar alacaqlar. Həkimlər proqram vasitəsilə pasiyentləri məsafədən izləyə və problem yarandıqda müdaxilə edə biləcəklər.

Tədqiqatda ciddi psixi pozğunluq və digər xroniki xəstəliklərdən əziyyət çəkən 10 pasiyent iştirak edib. İştirakçılar proqramı sadə və rahat hesab ediblər. Hətta müasir texnikanı anlamayan insanlar yeni proqramdan asanlıqla istifadə edə biliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı