“Google” xəstəliklərin diaqnostikası xidmətini satın alıb Avqust 16, 2017 | 03:11 / Maraqlı məlumatlar

Yeni xidmətin köməyilə istifadəçilər evdən çıxmadan əsas kliniki müayinələri keçə biləcəklər.

ABŞ-ın Vaşinqton Universitetinin kompüter texnologiyaları üzrə eksperti Şvetak Patel “Senosis Health” adlı startapını “Google” şirkətinə satıb. O, daha əvvəl bir neçə startapını “Belkin International” və “Sears” kimi şirkətlərə satıb. 2011-ci ildə dörd alimlə birgə “Senosis Health” xidmətini yaradan Patel “dahilər üçün qrant” adlandırılan Mak-Artur təqaüdünü qazanıb.

psm7.com saytının məlumatına görə, “Senosis” və müasir smartfonlara quraşdırılmış xüsusi sensorların köməyilə istifadəçi ağciyərin funksiyasını və hemoqlobinin səviyyəsini müəyyən edə bilər ki, bu da evdən çıxmadan əsas kliniki müayinələri keçməyə imkan verəcək.

Hazırda “Senosis” layihəsi üzərində Pateldən başqa daha on alim işləyir. “Google”un “Senosis Health” startapını əldə etmək üçün ödədiyi məbləğ açıqlanmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı