“Facebook” Avropanın 17 ölkəsində elektron ticarət platformasını istifadəyə verir Avqust 16, 2017 | 02:00 / Maraqlı məlumatlar

“Facebook Marketplace” sosial şəbəkə istifadəçilərinə üzv olduqları qruplarda malları tapmağa, almağa və satmağa imkan verir.

“Facebook” Avropanın 17 ölkəsində öz elektron ticarət platforması – “Marketplace”i istifadəyə verir. Xidmət “Facebook” sosial şəbəkəsinin istifadəçilərinə üzv olduqları qruplarda malları tapmağa, almağa və satmağa imkan verir. Daha əvvəl “Marketplace” yalnız Birləşmiş Krallıq, Kanada, Çili, Meksika, Yeni Zelandiya və ABŞ-da istifadəçilər üçün əlçatan idi. İndi isə platforma Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İspaniya, İsveç və İsveçrə sakinləri üçün əlçatan olacaq.

psm7.com saytının məlumatına görə, “Facebook Marketplace”də potensial istehlakçılar hələ ki, yalnız proqramda xüsusi düyməni klikləməklə digər istifadəçilərin satışa çıxardıqları malların şəkillərini gözdən keçirə bilərlər. Proqramda həmçinin, geoyerləşmə, kateqoriya və qiymət əsasında malların axtarışı üçün filtr quraşdırmaq mümkündür.

Qeyd edək ki, Avropada istifadə olunmuş malları əldə etməyin mümkün olduğu bir neçə elektron ticarət platforması mövcuddur. “Facebook”un məlumatına görə, may ayında ABŞ üzrə “Marketplace”də satış üçün 18 milyondan çox yeni mal yerləşdirilib. Bu rəqəm artmaqda davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı