İlk dəfə DNT-nin köməyilə kompüterə müdaxilə etmək mümkün olub Avqust 14, 2017 | 11:43 / Maraqlı məlumatlar

ABŞ-ın Vaşinqton Universitetində işləyən alimlər qrupu ilk dəfə dezoksiribinuklein turşusunun (DNT) köməyilə kompüteri zərərverici proqram təminatı ilə yoluxdurmağa nail olublar.

“ICTnews” Elektron Xəbər Xidmətinin verdiyi məlumata görə, alimlər sekvensiya zamanı istifadə edilən açıq kodlu populyar proqrama elə müdaxilə ediblər ki, müəyyən şərtlərdə onda yaddaşın dolması icra edilsin. Yaddaşın dolması kompüterdə ixtiyari kodu yerinə yetirməyə imkan verən populyar boşluq tipidir. Zərərverici kodu DNT-nin molekuluna yazmağa müvəffəq olmuş alimlər DNT-ni təhlil edən kompüterə giriş əldə ediblər. 

Alimlər bildiriblər ki, aşkar edilmiş hücum növünün təcrübədə tətbiqi hələ ki, bir neçə səbəbdən az ehtimal edilir. Lakin belə son dərəcə təhlükəli boşluqlar sayəsində gələcəkdə hakerlər məxfi məlumatlara giriş əldə edə və ya hətta müxtəlif tədqiqatlar çərçivəsində DNT yoxlamanın məlumatlarını dəyişdirə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı