Gözlə kompüteri idarə etmək mümkün olacaq Avqust 04, 2017 | 04:07 / Texnoloji yeniliklər

Onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edən “Eye Control” funksiyası “Windows 10” əməliyyat sistemində tətbiq ediləcək. “Windows Insiders” proqramının iştirakçıları artıq yeniliyi sınaqdan keçirə bilərlər. Yeni funksiya rəsmən cari ilin payızında “Windows 10 Creators Update” ilə birgə əlçatan olacaq.

nanonewsnet.ru saytının məlumatına görə, “Eye Control”un bəzi funksiyaları mausu, digərləri isə klaviaturanı əvəz etmək üçün nəzərdə tutulub. “Shape-writing” adlı yeni tanıma üsulu mətni gözlərin hərəkəti ilə sürətli daxil etməyə imkan verir: virtual klaviaturaya baxan istifadəçi baxışını sözün birinci hərfinin üzərində saxlayır, bundan sonra gözü ilə növbəti simvolları bir-bir daxil edir. Bu, hərfləri bir-bir daxil etməkdən (istifadəçi öz baxışını hər bir hərf üzərində saxlamalıdır) daha səmərəlidir. Həmçinin “Eye Control” istifadəçilərinə əlçatan olan xatırlatmalar sayəsində mətnin göz ilə daxil edilməsi prosesi daha da asanlaşır.

“Windows 10” sistemində yeni funksiyalardan istifadə etmək üçün “Tobii” şirkətinin “Eye Tracker 4C” kontroller kamerasını əldə etmək lazımdır.

Qeyd edək ki, “Eye Control” sistemi “Microsoft” şirkətinin bir qrup mütəxəssisi tərəfindən hazırlanıb. Layihəyə 2014-cü ildə keçirilən hakatonda start verilib. Müsabiqə zamanı hakimlər qalibləri 3000 layihə arasından seçiblər. Şirkətin rəhbəri Satya Nadella əsas mükafatı “Eye Control”a əsaslanan texnologiyanın yaradıcılarına təqdim edib.

İstehsalçıları bu layihəyə onurğa sütunu xəstəliyindən əziyyət çəkən, keçmiş amerikan futbolçusu Stiv Qlisonun məktubu ilhamlandırıb. O, məktubunda istehsalçıları fiziki imkanları məhdud insanların həyat fəaliyyətinin yaxşılaşdırılması üçün yeni texnoloji həllərin yaradılmasına səsləyirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı