Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan sistem hazırlanıb Avqust 02, 2017 | 03:00 / Texnoloji yeniliklər

Amerikanın “The Walt Disney” şirkətinin mütəxəssisləri tamaşaçıların üz ifadəsinin tanınması texnologiyasını sınaqdan keçiriblər.

360tv.ru saytının məlumatına görə, FVAEs (Factorized variational autoencoders) adlı yeni sistem gülməyə, nəfəs almağa və hətta kədərli üz ifadəsinə reaksiya verir. Texnologiya sensorlarla təchiz edilmiş 4 xüsusi kameranın köməyilə tamaşaçıların emosiyalarını tanıyır.

Sistem tamaşaçıların filmin süjetinə uyğun hisslər keçirib-keçirmədiklərini müəyyənləşdirməyə imkan verir. Layihə artıq 150 kinozalda “The Walt Disney”in 9 filminin nümayişi zamanı sınaqdan keçirilib. Kameralar 16 milyondan çox emosiyanı qeydə alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı