İnformasiya iqtisadiyyatı problemləri üzrə elmi məqalə nüfuzlu jurnalda nəşr olunub İyul 26, 2017 | 05:15 / Mühüm hadisələr

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və qurumun elmi işçisi Vüsalə Abbasovanın həmmüəllif olduqları “Beynəlxalq informasiya və bilik iqtisadiyyatının formalaşma xüsusiyyətləri və inkişaf tendensiyalarının  araşdırılması” (The study of formation characteristics and development tendencies of international information and knowledge economy) adlı məqalə dünyanın nüfuzlu “Review of knowledge economy” jurnalında nəşr olunub.

Məqalədə ümumdünya iqtisadi sistemlərin xüsusiyyətləri və formalaşma mərhələləri izah olunmuşdur. İnformasiya, sənaye və bilik iqtisadiyyatı kateqoriyalarının  formalaşmasının fərqli cəhətləri verilmiş, onun  mahiyyəti və məzmununa olan yanaşmalar təhlil edilmişdir. İnformasiya və biliyin xüsusiyyətləri, transformasiya üsulları  və idarə olunması sistemləri araşdırılmışdır. İnformasiya və bilik iqtisadiyyatının formalaşması xüsusiyyətləri və inkişaf tendensiyalarının təhlili əsasında müvafiq tövsiyələr işlənilmişdir.

Qeyd edək ki, “The Pak Publishing Group” elmi bazasına daxil olan “Review of knowledge economy” jurnalı ABŞ-ın “Ulrichs Web Global Serials Directory”, Çinin “CNKI Scholar”, China Citations Database”, Almaniyanın “Q-Sensei”, İsveçrənin HINARI”, “Scilit”, Rusiyanın “Socionet”, SPZ” kimi nüfuzlu bazalarında indeksləşib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı