Rəqəmsal irs sahəsində mövcud problemlər analiz olunur İyul 13, 2017 | 10:12 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2017-ci il üçün yarım illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə  Hacırəhimova 6 ay ərzində görülmüş işlər haqqında məlumat verdi. İlk olaraq elmi-tədqiqat işlərindən söz açan məruzəçi Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənilməsi, Big Data-nın ölçülməsinin metodoloji əsaslarının tədqiqi, rəqəmsal irsin formalaşması və yadda saxlanmasında mövcud problemlər və onların həlli yolları və s. mövzularda araşdırmaların aparıldığını diqqətə çatdırdı.

M.Hacırəhimova qeyd etdi ki, şöbə əməkdaşlarının tanınmış elmi jurnallarda 6 məqaləsi nəşr olunmuş, müxtəlif respublika və beynəlxalq səviyyəli tədbirlərdə simpoziumlarda 7 məruzəsi dinlənilmişdir.

Şöbənin elmi-innovasiya fəaliyyətindən danışan məruzəçi bildirdi ki, “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri”jurnallarında dərc olunmuş məqalələrə və “Proqram mühəndisliyinin aktual elmi - praktiki problemləri” I respublika elmi-praktiki konfransının əsərlərinə elmi-texniki ekspertiza işləri yerinə yetirilmiş, “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” kitabına rəy hazırlanmış və digər bir sıra tədbirlər həyata keçirilmişdir.

Məruzəçi elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkilindən də danışdı. Onun sözlərinə görə, vikipediyaya 20 yeni məqalə daxil edilmiş, 117 məqalə redaktə edilmişdir. Şöbə əməkdaşlarının elmi əsərləri Google Scholar, ResearchGate, Academia.edu, Orcid kimi beynəlxalq elmi baza və sosial şəbəkələrdə yerləşdirilmişdir.

M.Hacırəhimova, sonda şöbənin elmmetrik göstəriciləri haqqında məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə son 5 ildə 92, ümumilikdə isə 96 istinad olunmuşdur.

Hesabatla bağlı müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı