“Google” robot-jurnalistlərə vəsait ayırır İyul 10, 2017 | 01:00 / Maraqlı məlumatlar

“Google Digital News Initiative” proqramı Böyük Britaniyanın “The Press Association” xəbər agentliyinin həyata keçirdiyi “Reporters and Data and Robots” (RADAR) layihəsinin hazırlanmasına 800 min dollar vəsait ayırıb. Layihənin məqsədi İnternetdən toplanmış məlumatlar əsasında müstəqil olaraq məqalə yazan robot-jurnalistləri bir araya gətirməkdir.

RADAR artıq növbəti ildə istifadəyə veriləcək. Güman edilir ki, hər ay botlar 30 minə qədər məqalə yaradacaqlar. Hazırda layihənin yaradılması üzərində tibb, baş verən hadisələr, siyasət və bir çox digər sahələr haqqında məlumatın toplanması üzrə botların avtomatlaşdırması üzərində iş aparılması vəzifəsini icra edən beş insan işləyir. 

hi-news.ru saytının məlumatına görə, RADAR onlayn-nəşrlərə maraqlı kontentin yaradılmasında kömək edə biləcək ki, bu da öz növbəsində, saytlara əlavə auditoriya cəlb etməyə və reklamdan gəlir əldə etməyə imkan verəcək.

“The Press Association”ın redaktoru Pit Klifton qeyd edib ki, peşəkar jurnalistlər işsiz qalmayacaqlar, lakin botlar ən peşəkar kollektivin belə öhdəsindən gəlməkdə çətinlik çəkdiyi xəbərlərin həcmini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcəklər.

Hazırda botlar nəhəng KİV-lərdə fəaliyyət göstərsələr də, onların yazılarını redaktə etmək və faktları yenidən yoxlamaq tələb olunur. Çünki proqramlar hər zaman həqiqi xəbəri zarafatdan ayıra bilmir. Buna görə də ona insanın nəzarəti vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı