Virtual reallıqda alış-veriş İyun 30, 2017 | 05:00 / Maraqlı məlumatlar

Amerikanın ödəmə prosessoru “Payscout” virtual reallıqda fiziki malları “Google Cardboard” vasitəsilə ödəməyə imkan verən proqramı istifadəyə verib.

“Payscout VR Commerce” istifadəçilərə ödəmə məlumatlarını elektron pul kisəsində qeydə almağa imkan verən “Visa Checkout” xidməti ilə inteqrasiyanı dəstəkləyir.

“Payscout”un baş direktoru Klivlend Braun bunu ödənişlərdə və virtual reallıqda dönüş nöqtəsi kimi qiymətləndirib: “Biz virtual reallıqda ödənişlərin simulyatorları və prototiplərini görmüşük, lakin bu, virtual reallıqda əsl ticarətin ilk nümunəsidir”.

psm7.com saytının məlumatına görə, Kopenhagendə keçirilən “Money20/20” konfransında proqramın təqdimatında iştirak edənlər Kaliforniyanın “Body Language Sportswear” İnternet-mağazasında maraqlı alış-veriş turunu nümayiş etdirən “Google Cardboard” qarnitürlərini əldə ediblər. İstehlakçılar virtual mağazada predmetlərin ölçüsünü böyüdərək və onların ən xırda təfərrüatlarını öyrənərək mallara interaktiv rejimdə baxa bilərlər. 

“Google Cardboard” üçün “Payscout VR Commerce” proqramı artıq “Google Play Store”da əlçatandır. Tezliklə texnologiya iOS və əlavə VR-platformalara da uyğunlaşdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı