İnstitut əməkdaşlarının məqaləsi IEEE nəşriyyatının konfransına daxil olub İyun 29, 2017 | 10:25 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun sektor müdiri Oqtay Ələkbərovun “Mobil hesablama buludlarında cloudletlər-in optimal yerləşdirilməsi modeli” (Optimal deployment model of cloudlets in mobile Cloud Computing) adlı məqaləsi IEEE nəşriyyatının Çində “Cloud Computing and Big Data Analysis” (ICCCBDA – 2017) mövzusunda keçirilən beynəlxalq konfransına daxil olub.

Məqalədə mobil bulud texnologiyaların inkişaf dinamikası araşdırılmış, bu texnologiyanın üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil olunmuşdur. Bu texnologiyadan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan təlabatın təmin edilməsi məsələləri tədqiq edilmişdir.

Məqalədə, həmçinin mobil hesablama buludlarında cloudlet-lərin yaradılmasını zəruri edən amillər araşdırılmış və onların hansı baza stansiyalarının yaxınlığında yerləşdirilmə vaxtının proqnozlaşdırılması məsələsi həll edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı