“Ağıllı” oyuncaqlar İyun 21, 2017 | 03:57 / Maraqlı məlumatlar

İspaniyalı alimlər uşağın emosiyalarını tanıya və ona müvafiq reaksiya verə bilən “ağıllı” oyuncaq hazırlayıblar.

Kastiliya – La Mança Universitetinin əməkdaşları tərəfindən yaradılmış oyuncaq ilk baxışda adi gəlinciyi xatırlatsa da, əslində bu, süni intellektə yaxınlaşdırılmış alqoritmlər, mürəkkəb proqram təminatı və bir çox sensorlarla təchiz edilmiş yüksəktexnologiyalı qurğudur.

planet-today.ru saytının məlumatına görə, oyuncaq onunla oynayan uşağın emosiyaları haqqında informasiyanı toplayaraq uşaqlara sosial mühitə uyğunlaşma dərəcəsini yüksəltməkdə kömək edir. Qurğunun qabaqcıl funksionallığını təmin edən unikal alqoritmlər oyuncaqla oynayan insanın əhval-ruhiyyəsini öncədən təxmin edə bilir.

Mütəxəssislər bildirirlər ki, yüksək potensiala malik olan bu kimi layihələrdə bəzi təhlükələr də gizlənir. Belə ki, kibercinayətkarlar oyuncağın topladığı məlumatları ələ keçirsələr, bundan bəd niyyətlər üçün istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı