Kibertəhlükəsiz Avropa ölkələri İyun 20, 2017 | 11:38 / Maraqlı məlumatlar

Beynəlxalq Telekommunikasiya İttifaqı kibertəhlükəsizlik üzrə qlobal indeksi təqdim edib. Kibertəhlükəsiz ölkələrin reytinqində Estoniya dünya üzrə 5-ci, Avropa üzrə 1-ci yerə sahib olub.

psm7.com saytının məlumatına görə, reytinqin top beşliyinə Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya daxil olub. Ümumilikdə siyahıda 195 ölkə yer alıb. Avropada reytinqə Estoniya, Fransa və Norveç liderlik edir.

Kibertəhlükəsizlik üzrə qlobal indeks beş meyar əsasında tərtib edilib: qanunvericilik, texniki və təşkilat potensialı, potensialın artırılması tempi və əməkdaşlıq.

Kiberkonfliktlərin qurbanı olduqdan sonra, 2007-ci ildən başlayaraq Estoniya dünyada kibertəhlükəsizlik sektorunun çox böyük fəallıqla inkişaf etdiyi ilk ölkə olmuşdur. Həmin dövrdə Estoniya Avstriya, Lüksemburq və Cənubi Koreya kimi ölkələrlə kibertəhlükəsizlik sferasının inkişafı haqqında müqavilələr imzalamışdır.

Qeyd edək ki, MDB ölkələri arasında reytinqin ilk pilləsi Gürcüstana aiddir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Belarus qərarlaşıb. Hesabatda Ukrayna kibertəhlükəsizlik sektorunda “inkişaf edən” ( “maturing” )  ölkələr qrupuna daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı