Data Mining texnologiyalarına dair araşdırmalar davam etdirilir İyun 07, 2017 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Data Mining: Concepts and Techniques” kitabı əsasında aparılan “Data Mining” kursu üzrə növbəti elmi seminarı keçirildi. Seminar kitabın dördüncü fəslinin – “Verilənlər anbarı və onlayn analitik emal” mövzusunun müzakirəsinə həsr olunmuşdur.

İnstitutun magistrantı Şəlalə Mansurova məruzəni təqdim edərək kitabın dördüncü fəslini əhatə edən verilənlər anbarı, onun əsas xüsusiyyətləri və modelləri, verilənlərin çoxsəviyyəli anbarlanması arxitekturası, metaverilən anlayışı, eləcə də çoxölçülü verilənlər modelləri haqqında ətraflı məlumat verdi. Həmçinin burada verilənlər anbarlarının tətbiqi, OLAP server, tipik OLAP əməliyyatları və s. barədə məlumatların öz əksini tapdığını vurğuladı.

“Verilənlər anbarı subyekt-yönümlü, zamana bağlı, inteqrasiya olunmuş verilənlər kolleksiyasıdır”, – deyən məruzəçi verilənlərin aşağı, orta, yuxarı olmaqla 3 səviyyədən ibarət olan anbarlanması arxitekturasını nümayiş etdirdi.

Qeyd etdi ki, verilənlər kubu verilənləri coxölçülü modelləşdirməyə və vizuallaşdırmağa imkan verir. O, verilmiş çoxölçülü verilənlər kubunda OLAP əməliyyatlarının tətbiqi ilə bağlı nümunəni təqdim etdi. Nümunə üzərində “roll-up”, “drill-down”, “slice and dice”, “pivot” əməliyyatlarının yerinə yetirildiyini bildirdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı