Virtuallaşdırma proqram təminatlarının üstünlükləri müzakirə olundu İyun 02, 2017 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Data mərkəzlərdə virtuallaşdırma proqram təminatları” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən institutun əməkdaşı Ayxan Babazadə virtuallaşdırma, onun arxitekturası, platformaları və tipləri haqqında ətraflı məlumat verdi. Virtuallaşdırma sahəsində istifadə olunan proqram təminatlarını təqdim edən məruzəçi onlardan istifadənin üstünlüklərindən danışdı.

Sonra çıxış edən R.Ələkbərov bu istiqamətdə tədqiqatların dərinləşdirilməsini və elmi məqalənin nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə etdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı