Əlavə reallıq eynəyi cərrahlara “rentgen görməsi” verəcək İyun 01, 2017 | 02:49 / Texnoloji yeniliklər

Əlavə reallıq sistemi 3D-təsvirin yaradılması üçün maqnit rezonans və kompüter tomoqrafiyasından istifadə edir. Beləliklə, cərrah xüsusi eynək vasitəsilə birbaşa pasiyentin bədənində virtual orqanları görəcək.

popmech.ru saytının məlumatına görə, əlavə reallıq texnologiyaları tezliklə tibb sahəsində tətbiq edilə bilər. Onların köməyilə cərrahlar pasiyentin daxili orqanlarını bədəndə kəsik etmədən görə biləcəklər. Sistem real insanların öncədən əldə olunmuş məlumatlarından istifadə etməklə cərrahi manikenin üzərində sınaqdan keçirilib.

ABŞ-ın “Cambridge Consultants” şirkətinin texnologiyalar üzrə rəhbəri Simon Karqer bildirib ki, cərrahlar həmçinin birbaşa virtual orqanlarda qeydlər edə biləcəklər ki, bu da onlara əməliyyat prosesinə daha rahat nəzarət etməyə imkan verəcək. Bundan başqa, həkim virtual markerlə, məsələn, operativ müdaxilə zamanı ehtiyat edilməli sinirləri ayırd edə biləcək.

Karqer etiraf edir ki, yeni texnologiya hələ ki, ilkin mərhələdədir və onu real pasiyentlər üzərində sınaqdan keçirmək yalnız bir neçə il sonra mümkün olacaq. Tədqiqatçının sözlərinə görə, cərrahi xətaların meydana gəlməməsi üçün təsvir yüksək dəqiqliyə malik olmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı