Şahmat oynaya bilən robot May 31, 2017 | 04:00 / Texnoloji yeniliklər

Şahmat oynaya bilən robot hazırda Tayvanda keçirilən “Computex” yarmarkasının əsas ulduzu olub.

Asiyanın ən böyük texnologiya hadisələrindən biri olan, hər il keçirilən,“Computex” yarmarkasında şahmat lövhəsində şahmat oynaya bilən robot təqdim olunub.

İndiyədək proqramlar vasitəsilə oynanılan şahmatda insanlara qalib gələ bilən robotlar mövcud olub. Yeni təqdim olunan robo-şahmatçı üçün isə oyun – sadəcə hobbidir. O, həmçinin zavod konveyerlərində işləyə, xəstəxanalarda pasiyentlərə qulluq edə, hətta ofisiant və stüardessa kimi işləyə bilər.

“Robot kiçik şahmat fiqurlarının formasını müəyyən edir, siqnalı öz beyninə ötürür, hərəkətləri hesablayır və opponentlə qarşılıqlı əlaqə qura bilir”, – robotun yaradıcısı və Tayvanın Sənaye Texnologiyaları Elmi-tədqiqat İnstitutunun bölmə direktoru Lyuis Lyu belə deyib.

popmech.ru saytının məlumatına görə, robotda ağıllı görmə sistemi də mövcuddur. O, fincanda nə qədər qəhvə qaldığını və onu yenidən doldurmağın lazım olub-olmadığını müəyyən etmək imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı