Böyük verilənlərin analizi sahəsində problemlər araşdırılıb Mart 13, 2017 | 04:21 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova və Kanadanın GoEasy LTD şirkətinin risk ürə baş analitiki Rəhim Abbaslının həmmüəllifi olduqları “The obstacles in Big Data process” (Böyük verilənlər prosesində maneələr) adlı məqalə Çinin “International Journal of Modern Education and Computer Science (IJMECS) jurnalında dərc olunub.

Böyük verilənlərin problemləri əsasən çox sürətlə artan böyük həcmli informasiyanın real vaxt rejimində emalı, axtarışı, təsnifatlandırılması və analizi ilə bağlıdır. Məqalədə böyük verilənlərin analizinin emal prosesinin mərhələləri təhlil edilmiş, hər bir mərhələdə mövcud olan problemlərə ayrı-ayrılıqda baxılmış, həmçinin onların həlli üçün təklif və tövsiyələr verilmişdir.

Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “EBSCO”, “Scirus”, “DOAJ”, “IndexCopernicus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı