Marsda ilk evlər 3D-printerdə çap ediləcək Fevral 23, 2017 | 02:32 / Maraqlı məlumatlar

Məlumdur ki, faydalı yükün hər kiloqramının Marsa çatdırılması böyük vəsait (100000 ABŞ dollarından çox) tələb edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, kosmik gəminin nəqliyyat imkanları son dərəcə məhdudlaşdırılacaq. Təəccüblü deyil ki, hazırda alimlər ilk Mars missiyasının həyata keçirilməsi zamanı qənaət etmək üçün müxtəlif yollar axtarırlar.

NASA və Mərkəzi Florida Universitetinin tədqiqatçıları ilk Mars kolonistlərinin mənzil probleminin həlli üçün evciklərin “yerli” materiallardan (inşaat 3D-printeri üçün mürəkkəbin istehsal ediləcəyi Mars torpağı) tikilməsini təklif ediblər.

techcult.ru saytının məlumatına görə, evlərin reqolitdən tikilməsi planlaşdırılır. Həmin material 1650 dərəcə Selsi temperaturda xüsusi kamerada əridikdən sonra elektrolizə məruz qalacaq. Bu, ondan lazımi metalları və həyati əhəmiyyətli oksigeni çıxarmağa imkan verəcək. Əridilmiş metal Mars evciklərinin detallarının çapı üçün 3D-printerin mürəkkəbinin komponenti kimi istifadə olunacaq.

Qeyd etmək lazımdır ki, 3D-çap texnologiyalarından tikintidə istifadə artıq yenilik deyil. Belə ki, Dubayda (BƏƏ) bir neçə ofis binası inşa edilib, Çin şirkətləri isə gündə 10-dək çap edilmiş ev tikməyi təklif edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı